Gəncədə iki nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Denmedia.az apa-ya istinadla xəbər verir ki, ilkin ehtimala əsasən, hər iki şəxs apadönər yedikdən sonra özünü pis hiss edib.
Zərərçəkənlərə zəruri tibbi yardım göstərilib. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır, zəhərlənmənin səbəbləri müəyyənləşdirilir.

