Samux rayonunda yas mərasimində kütləvi zəhərlənmə baş verib.
Bu barədə DenMedia.az Unikal-a istinadən xəbər verir.
Məlumata görə, hadisə nəticəsində təxminən 20 nəfər xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərin hamısına tibbi yardım göstərilib, hazırda onların vəziyyəti qənaətbəxş qiymətləndirilir.
İlkin məlumata əsasən, mərasim iştirakçılarının pomidor və xiyar yedikdən sonra səhhəti pisləşib.
Hadisə yerində aidiyyəti qurumların əməkdaşları işləyir.
Faktla bağlı araşdırma aparılır.

