Gəncədə zəhərlənmə hadisəsi baş verib.
Denmedia.az-ın apa-ya istinadən məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 2005-ci il təvəllüdlü N.Musayeva, 2006-cı il təvəllüdlü F.Həsənova və İ.Mollayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib.
Dərhal onlara yardım edilib, hazırda vəziyyətlərinin kafi olduğu bildirilir.
Məlumata görə, hər 3 şəxs Zaqatala rayon sakinləridir, onların tələbə olduqları bildirilir.
Zəhərlənən şəxslər yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır.

