Zaqatalada dönərdən kütləvi zəhərlənmə hadisəsi baş verib.
Denmedia.az apa-ya istinadən bildirir ki, şəhər ərazisində müxtəlif iaşə obyektlərində dönər yeyən 14 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edib.
TƏBİB-dən verilən məlumata görə, iyulun 28-i saat 09:30-dan etibarən Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 9 kişi, 3 qadın və 2 azyaşlı hospitalizasiya olunub.
Zərərçəkənlərin hamısına zəruri tibbi yardım göstərilib. Onların vəziyyəti qənaətbəxş qiymətləndirilib və daha sonra hər biri ambulator müalicə üçün evə buraxılıb.
Hadisə ilə bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma başlanıb.

