Livanla İsrail arasında hərbi eskalasiyanın başlanmasından bəri ölənlərin sayı 4 387 nəfərə çatıb.
Bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, martın 2-dən indiyədək 4 387 nəfər həlak olub, 12 424 nəfər isə yaralanıb. Son sutka ərzində ölkənin cənubunda azı bir nəfərin həyatını itirdiyi bildirilib.
Bazar günü günortadan sonra İsrail Hərbi Hava Qüvvələri Nəbatiyyə bölgəsində Kfar Tibnit və Tallusa yaşayış məntəqələrinə hava zərbələri endirib.
İsrail artilleriyası, həmçinin Beyt Lif, Məcdəl Zun və Yater yaşayış məntəqələrinin ətrafını atəşə tutub.
Son hücumların nəticələri və mümkün itkilər barədə yerli hakimiyyət orqanları hələlik əlavə məlumat yaymayıb.

