İsrail aviasiyası Livanın cənubundakı Nəbatiyyə vilayətinə və Qərbi Bekaa bölgəsinə intensiv zərbələr endirib. Nəticədə son sutka ərzində 35 nəfər həlak olub, 120 nəfər yaralanıb. Bu barədə respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin X sosial şəbəkəsində yayımladığı məlumatda bildirilib:
“Martın 2-də hərbi eskalasiyanın başlanmasından bu yana həlak olanların ümumi sayı 3 593 nəfərə, yaralıların sayı isə 10 990 nəfərə çatıb”.
Səhiyyə Nazirliyinin qeyd etdiyinə görə, elan edilmiş atəşkəsə baxmayaraq, yaşayış məntəqələrinin bombardmanı davam edir. Qurum günün sonunadək ölən və yaralananların sayının arta biləcəyini istisna etməyib.

