Son sutka ərzində İsrailin Livana endirdiyi zərbələr nəticəsində azı 47 nəfər həlak olub, 97 nəfər yaralanıb. Bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, yaralılar arasında uşaqlar və qadınlar da var.
Bildirilib ki, İsrail ordusu Livanın Bəqa vadisi və Nəbatiyyə vilayətində yerləşən yaşayış məntəqələrinə aviazərbələr endirib.
“Aviazərbələr Nəbatiyyə vilayəti və Bəqa vadisindəki yaşayış məntəqələrinə endirilib. Nəticədə 47 nəfər həlak olub, 97 nəfər yaralanıb”, - deyə məlumatda qeyd olunub.

