İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənubundakı Nəbatiyyə vilayətinə endirdiyi zərbələr nəticəsində 11 mülki şəxs həlak olub.
Bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İsrail təyyarələri Sir əl-Qarbiyyə yaşayış məntəqəsində üçmərtəbəli yaşayış binasını hədəfə alıb. Zərbə nəticəsində bir uşaq və altı qadın daxil olmaqla 11 nəfər ölüb, daha 9 nəfər yaralanıb.
Yaralılar arasında dörd uşaq və bir qadın da var.
Hazırda dağıntılar altında axtarış-xilasetmə işləri davam edir. Ölənlərin sayının artacağı istisna edilmir.

