Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları ölkəyə külli miqdarda dərman vasitəsinin qanunsuz gətirilməsi cəhdinin qarşısını alıblar.
DGK-nın mətbuat xidmətindən verilən məlumata görə, İstanbul–Bakı reysi ilə ölkəyə gələn Azərbaycan vətəndaşı gömrük nəzarətinin “Yaşıl dəhliz” buraxılış sistemindən keçməyə cəhd edib. Lakin sərnişin yoxlama üçün “Qırmızı dəhliz”ə yönləndirilib.
Onun əl yükü və baqajı stasionar rentgen qurğusu vasitəsilə yoxlanılıb. Şübhəli görüntülər aşkarlandıqdan sonra aparılan ətraflı baxış zamanı müəyyən olunmuş qaydada bəyan edilməyən 36 adda, ümumilikdə 16 036 ədəd dərman vasitəsi aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

