Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci terminalında qanunsuz şəkildə ölkəyə gətirilən dərman vasitələri aşkarlanıb.
Komitənin məlumatına görə, xarici ölkələrin hava limanlarında sərnişinlərdən bağlamaları qəbul edərək Azərbaycana gətirən şəxs saxlanılıb. Onun üzərindəki bağlamalara və idarə etdiyi avtomobilə gömrük baxışı keçirilib.
Baxış zamanı gömrük qaydaları pozulmaqla ölkəyə gətirilən 10 adda 93 qutu dərman vasitəsi aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

