Cəbrayıl rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Denmedia.az Oxu.az-a istinadla xəbər verir ki, Elşən Rüstəmov idarə etdiyi KIA markalı avtomobilin sükanı arxasında idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarına çıxaraq aşıb.
E.Rüstəmov hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.

