Gürcüstanda Marneuli və Ağbulaq yaşayış məntəqələri arasındakı avtomobil yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Denmedia.az Oxu.az-a istinadən xəbər verir ki, minik avtomobilinin sürücüsü idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi yol kənarındakı dirəyə çırpılıb.
Qəza zamanı ağır xəsarətlər alan sürücü hadisə yerində həyatını itirib.
Bildirilib ki, həlak olan şəxs bölgədə tanınmış restoranlardan birinin sahibi Namiq Qocayevdir.


