ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatların mümkün bərpası ssenarilərini nəzərdən keçirir. Bu barədə The New York Times məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, yaxın vaxtlarda yeni zərbələrin endirilməsi ehtimalı da müzakirə olunur.
ABŞ Prezidenti Donald Trampın müşavirləri hücumların bərpa olunacağı təqdirdə tətbiq edilə biləcək planlar hazırlayıblar. Bununla belə, bu tədbirlərlə bağlı yekun qərar hələ qəbul edilməyib.
Müzakirə olunan variantlar arasında daha intensiv bombardmanlar və xüsusi təyinatlıların quru əməliyyatı da var. Bu ssenarilər çərçivəsində İran obyektlərindən zənginləşdirilmiş uranın çıxarılması imkanı da nəzərdən keçirilir.

