ABŞ Silahlı Qüvvələri İranda mümkün quru qoşunlarının yerləşdirilməsinə hazırlaşır. Bu barədə CBS məlumat yayıb.
Qeyd olunur ki, hərbçilər hadisələrin müxtəlif inkişaf ssenariləri üzrə hazırlıqları davam etdirir.
Mənbələrin məlumatına görə, ABŞ prezidenti Donald Tramp bu variantı nəzərdən keçirir, lakin yekun qərar hələ qəbul olunmayıb.
Eyni zamanda, Pentaqonda mümkün quru əməliyyatı zamanı hərbçilərin taktiki fəaliyyətinə dair müzakirələr aparılır.

