İsrail ordusu “Hizbullah”ın pilotsuz uçuş aparatları ilə hücumundan sonra Livanın cənubuna zərbələr endirməyə başlayıb.
İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, “Hizbullah” Livanın cənubundakı təhlükəsizlik zonasında fəaliyyət göstərən İsrail hərbçilərinə doğru iki PUA buraxıb. İsrail əsgərləri atəş açaraq dronlardan birini vurublar.
Bundan sonra İsrail ordusu cavab olaraq Livanın cənubundakı “Hizbullah” mövqelərinə zərbələr endirdiyini bildirib. İsrail tərəfi hadisə zamanı hərbçilər arasında xəsarət alan olmadığını açıqlayıb.
Denmedia.az

