İsrail ordusu Livanın cənubunda “Hizbullah”a məxsus raket qurğularını vurdu.
Bu barədə İsrail Müdafiə Qüvvələri — Israel Defense Forces (SAXAL) məlumat yayıb.
Məlumata görə, zərbələr gecə saatlarında endirilib və hədəf alınan qurğular döyüşə hazır vəziyyətdə olub.
Zərbələr Deyr-əz-Zəhrani, Rəman və Əs-Saamiyə bölgələrində yerləşən raket sistemlərinə endirilib.
İsrail tərəfi bildirib ki, həmin silahlar həm hərbçilər, həm də mülki əhali üçün təhlükə yaradırdı.

