Lionel Messi "İnter Mayami" ilə MLS pley-off finalının qalibi olmaqla peşəkar futbolçu karyerasında 48-ci titulunu qazanıb.
DenMedia.az sovsport.ru-ya istinadən xəbər verir ki, bununla da argentinalı hücumçu titulların sayına görə daha əvvəl müəyyənləşdirdiyi rekordu yeniləyib.
Bu göstərici üzrə ikinci yerdə 45 titulla "Barselona"nın keçmiş braziliyalı müdafiəçisi Dani Alveş qərarlaşıb.

