“İnter Mayami”nin və Argentina millisinin ulduzu Lionel Messi beynəlxalq oyunlarda ən çox qol ötürməsi edən futbolçu kimi dünya rekordu qırıb. DenMedia.az xəbər verir ki, bu barədə Bleacher Report məlumat yayıb.
Puerto-Riko ilə yoldaşlıq görüşündə (6:0) Messi iki məhsuldar ötürmə edib və ümumi göstəricisini 60 asistə çatdırıb. Bununla da o, braziliyalı Neymar və amerikalı Landon Donovanın (hər ikisinin 58 ötürməsi vardı) rekordunu geridə qoyub.
“Messi beynəlxalq arenada asistlər üzrə yeni zirvəyə qalxdı. O, həm də MLS tarixində iki və ya daha çox qol vurduğu doqquz oyunla ilk futbolçu olub,” — qeyd edir mənbə.
Messinin karyerası boyunca göstərdiyi sabit performans onu futbol tarixinin ən məhsuldar oyunçularından birinə çevirib.