Lionel Messi 2026-cı il dünya çempionatında iştirak etmək niyyətini təsdiqləyib.
DenMedia.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano öz Telegram kanalında məlumat verib.
“Məndə oynamaq üçün böyük istək var, amma komandaya faydalı ola bilmək üçün özümü yaxşı hiss etmək vacibdir,” — deyə futbolçu bildirib.
Messi “İnter Mayami” klubunda mövsümü 48 qol + assist göstəricisi ilə başa vurur və yeni müqavilə üzrə danışıqlar aktiv şəkildə davam edir.

