Argentina millisinin və ABŞ-ın “İnter Mayami” klubunun hücumçusu Lionel Messi 2026-cı il Dünya Çempionatında oynamaq istədiyini etiraf edib.
DenMedia.az xəbər verir ki, onun sözlərini NBC yayıb.
“Orada olmaq, yığmaya kömək etmək istərdim. Gələn il ‘İnter Mayami’ ilə mövsümqabağı hazırlığa başlayanda hər gün öz vəziyyətimi qiymətləndirəcəyəm — 100% gücümü ortaya qoya bilərəmmi, komandaya faydalı ola bilərəmmi — sonra qərarımı verəcəyəm,” — deyə Messi bildirib.
2026-cı il Dünya Çempionatı — futbol üzrə 23-cü mundial olacaq və iyun–iyul aylarında ABŞ, Kanada və Meksikada keçiriləcək. Final 19 iyulda baş tutacaq. Argentina hazırkı dünya çempionudur.

