Azərbaycan milli futbol komandası yoldaşlıq oyununda San-Marino üzərində qələbə qazanıb. Bu barədə Azərbaycan KİV-ləri məlumat yayıb.
Beynəlxalq yoxlama oyunu Macarıstanın Sombathey şəhərində keçirilib və Azərbaycan millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesabı ilk olaraq San-Marino futbolçuları açıb. Oyunun 9-cu dəqiqəsində komandanın kapitanı Nikola Nanni fərqlənib.
Azərbaycan millisi birinci hissənin ortalarında hesabı bərabərləşdirib. 27-ci dəqiqədə Rəhman Daşdəmirov dəqiq zərbə ilə fərqlənib.
Azərbaycan komandasına qələbə gətirən qol isə ikinci hissənin əvvəlində vurulub. 49-cu dəqiqədə hücumçu Renat Dadaşov topu rəqib qapısından keçirib.

