Qana millisi 2026-cı il futbol üzrə dünya çempionatına qələbə ilə başlayıb.
Komanda qrup mərhələsinin ilk turunda Panama yığmasını 1:0 hesabı ilə məğlub edib.
Görüş Torontoda keçirilib. Oyunun əsas vaxtında hesab açılmasa da, qalib komanda əlavə olunmuş dəqiqələrdə müəyyənləşib.
Matçın yeganə qolu 90+5-ci dəqiqədə vurulub. Topun müəllifi Samuel İrenki olub.
Bu qol Qana millisinə dünya çempionatındakı ilk oyununda 3 xal qazandırıb.

