Fransa millisinin sabiq yarımmüdafiəçisi Samir Nasri Parisdə polis tərəfindən saxlanılıb və təxminən 10 saat bölmədə dindirilib.
Bu barədə Le Parisien məlumat yayıb.
Nəşrin yazdığına görə, futbolçu narkotik qaçaqmalçılığı, cinayətkar sövdələşmədə iştirak və mütəşəkkil qrup tərkibində cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması faktları üzrə aparılan istintaq tədbirləri çərçivəsində dindirilib.
Daha sonra Nasri barəsində ittiham irəli sürülmədən sərbəst buraxılıb.
Le Parisien-in məlumatına görə, futbolçunun adı çirkli pulların yuyulması ilə bağlı epizodlardan birində hallanır.

