Fransa millisinin kapitanı Kilian Mbappenin Paraqvaya ekstradisiya olunması tələb edilib.
Bu barədə Le Figaro məlumat yayıb.
Nəşrin yazdığına görə, Paraqvay senatoru Selesta Amarillyanın vəkili Gilyermo Duarte Kakavelos bildirib ki, futbolçunun senatora qarşı səsləndirdiyi böhtan xarakterli fikirlərlə bağlı məhkəmə prosesi başlada bilərlər.
Münaqişə futbolçu ilə senator arasında sosial şəbəkələrdə başlayıb. Paraqvay millisinin dünya çempionatında məğlubiyyətindən sonra Amarillya Mbappeni təhqir edib. O, futbolçu barədə sərt və irqçi məzmunlu ifadələr işlədib.
Mbappe isə cavabında senatoru “alçaq qadın” adlandırıb və onun tutduğu vəzifəyə layiq olmadığını bildirib.
Vəkilin sözlərinə görə, Mbappenin yazdığı fikirlər Paraqvayda araşdırma predmeti ola bilər. O qeyd edib ki, böhtana görə həm Cənubi Amerikada, həm də Fransada hüquqi məsuliyyət nəzərdə tutulur.
Bununla belə, Fransada belə hallarda ekstradisiya məsələsi asanlıqla həyata keçirilmir. Dövlət şəxsi, əgər onu iki ildən az azadlıqdan məhrumetmə cəzası gözləyirsə, başqa ölkəyə təhvil verməyə bilər. Böhtan işi isə əksər hallarda böyük məbləğdə cərimə ilə nəticələnir.

