2026-cı il dünya çempionatını 10 qolla başa vuran Kilian Mbappe turnirin bombardiri olub. Fransa millisinin hücumçusu dünya çempionatlarında ümumilikdə 22 qola çataraq tarixin ən məhsuldar futbolçusu adına da yiyələnib.
Fransa millisinin turniri dördüncü pillədə başa vurmasından sonra Mbappenin Mayamidə ispaniyalı aktrisa Ester Eksposito ilə görüşdüyü bildirilir.
Cütlük daha əvvəl də dəfələrlə birlikdə görüntülənsə də, münasibətləri barədə rəsmi açıqlama verməyib. Buna görə onların sevgili olması ilə bağlı məlumatlar indiyədək yalnız mediada yayılan iddialara əsaslanırdı.

Lakin Mbappenin sosial şəbəkədə səhvən paylaşaraq qısa müddət sonra sildiyi foto yeni müzakirələrə səbəb olub. Otel otağında çəkildiyi bildirilən fotoda Ekspositonun futbolçunun Fransa millisindəki formasını geyindiyi görünür. Paylaşım onların münasibətlərini təsdiqlədiyi kimi qiymətləndirilib.

