11–13 sentyabr tarixlərində Xəzər dənizi sahilində Azərbaycanda ilk dəfə beynəlxalq çimərlik polosu turniri keçiriləcək.
Yarışda Böyük Britaniya, İsveçrə, Rusiya və Azərbaycan komandaları iştirak edəcəklər. Turnirdə Böyük Britaniya millisi, İsveçrənin St. Moritz klubu, Rusiyanın Moscow Polo Club komandası və Azərbaycanın Elite Polo Club Azerbaijan klubu mübarizə aparacaq.
Yarışda Elçin Camallı, Adrian Laplaset, Aleks Uotson, Aqustin Kronhaus, Maykl Henderson, Matias Amaya, Santyaqo Sernadas, Mixail Rodzyanko və digər tanınmış poloçuların iştirakı gözlənilir.
Sentyabrın 11, 12 və 13-də matçlar hər gün saat 16:00-da başlayacaq.
Qum örtüyü üzərində keçiriləcək yarışlarda poloçular sürət, texnika və komanda oyunu bacarıqlarını nümayiş etdirəcəklər.
Tədbir üçün VIP və standart biletlərin satışı iTicket.az platforması vasitəsilə həyata keçirilir.

