Bakıda 7-13 iyun tarixlərində keçiriləcək çövkən üzrə dünya çempionatının təqvimi məlum olub.
Qrup mərhələsinin oyunları 7-11 iyun tarixlərində keçiriləcək.
Yarımfinal görüşləri 12 iyunda, final və üçüncü yer uğrunda matç isə 13 iyunda baş tutacaq.
Turnirdə iki qrupa bölünmüş 10 milli komanda iştirak edəcək.
A qrupunda Nigeriya, Uruqvay, Türkiyə, Niger və Polşa milliləri yer alıb.
B qrupunda isə Azərbaycan, Özbəkistan, Qazaxıstan, Çili və Küveyt yığmaları mübarizə aparacaq.
Çempionatın bütün oyunları “Binə” Atçılıq Mərkəzində keçiriləcək.

