Bu gün UEFA Millətlər Liqasında yarımfinal mərhələsinə start veriləcək.
Den.az xəbər verir ki, Almaniyada təşkil olunan yarımfinalın ilk oyunu Mühnendə keçiriləcək.
Bakı vaxtı ilə saat 23:00-da start götürəcək matçda Almaniya yığması Portuqaliya millisi ilə qarşılaşacaq.
Digər yarımfinal matçı sabah saat 23:00-da İspaniya və Fransa komandaları arasında olacaq. Bu görüş Ştutqart şəhərində keçiriləcək.
Final oyunu iyunun 8-də olacaq.