Sumqayıt şəhərində gənclərin asudə vaxtının səmərəli təşkili, onların idmana marağının artırılması və sağlam həyat tərzinin təşviqi məqsədilə məhəllələrarası mini-futbol yarışı keçirilib.
Denmedia.az xəbər verir ki, yarış Sumqayıt Bələdiyyəsinin Kimyaçılar qəsəbəsi, Maral Göl üzrə 1 saylı Məhəllə Komitəsi və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Turnirdə ümumilikdə 6 komanda mübarizə aparıb. Gərgin və maraqlı idman mübarizəsinin sonunda qalib komanda müəyyənləşib.
Yarışın yekununda qalib və fərqlənən iştirakçılara diplom, medal və müxtəlif hədiyyələr təqdim olunub.
Təşkilatçılar bildiriblər ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd gənclər arasında idmana marağı artırmaq, onların asudə vaxtının səmərəli təşkilinə şərait yaratmaq və məhəllələrdə sağlam, pozitiv mühit formalaşdırmaqdır.
Qeyd edək ki, idman yarışları eyni zamanda gənclər arasında dostluq və komanda ruhunun güclənməsinə, sağlam rəqabət mühitinin yaranmasına mühüm töhfə verir.















Ellada Rəsul
Denmedia.az

