iyl
2023
20:34
415

Nazir Fərid Qayıbovdan Sumqayıtla bağlı yeni təyinatlar

7 iyl, 2023
20:34
415

Nazir Fərid Qayıbovdan Sumqayıtla bağlı yeni təyinatlar

Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinə  yeni təyinat olub.

Den.az bildirir ki, bununla bağlı gənclər və idman naziri Fərid Qayıbov əmr imzalayıb.

Uzun illər Gənclər və İdman Nazirliyində çalışan Fuad Babayev Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifəsinə təyin olunub. O, bu təyinatadək nazirliyin Gənclərlə iş şöbəsinin müdiri vəzifəssində çalışıb.

 
Gənclər və İdman Naziri Fərid Qayıbovun əmri ilə Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin müavini vəzifəsinə isə Rüfət Mahmudzadə təyin olunub.

Rüfət Mahmudzadə uzun illərdir Sumqayıt şəhərində gənclər sektorunda fəaliyyət göstərib. O, son təyinata qədər Sumqayıt  şəhər Gənclər və İdman Baş İdarəsinin müavini vəzifəsində çalışıb.
Nazir Fərid Qayıbovdan Sumqayıtla bağlı YENİ TƏYİNATLAR
Qeyd edək ki, Prezident İlham Əliyevin 22 dekabr 2022-ci il sərəncamı ilə  Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi, Abşeron, Xızı rayon gənclər və idman idarələrinin əsasında Abşeron−Xızı Regional Gənclər və İdman İdarəsi yaradılıb. (sumqayitxeber.com)

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar