Sumqayıt idman ictimaiyyəti ağır itki ilə üzləşib.
Den.az xəbər verir ki, uzun illər futbol sahəsində həm oyunçu, həm də məşqçi kimi xidmət göstərmiş, bölgənin idman həyatında silinməz iz qoymuş futbol veteranı Abdulla Məmmədov bu gün dünyasını dəyişib.
Abdulla Məmmədov Sumqayıtda futbolun inkişafı üçün yorulmadan çalışan, gənc istedadların yetişdirilməsində böyük rol oynayan bir şəxsiyyət kimi yadda qalıb. Onun idmana olan sevgisi, peşəkarlığı və insanlığı onu tanıyan hər kəsin hörmətini qazanmışdı.
Məmmədovun vəfatı təkcə Sumqayıt üçün deyil, Azərbaycan futbolu üçün də böyük itkidir. Onun yetirmələri bu gün ölkənin müxtəlif futbol klublarında uğurla çıxış edir, müəllimlərinin adını daim uca tuturlar.
Abdulla Məmmədovun ailəsinə, yaxınlarına və bütün idman ictimaiyyətinə dərin hüznlə başsağlığı veririk. Ruhu şad, məkanı cənnət olsun.
İdman dünyası səni unutmayacaq, Abdulla müəllim!