FİFA təşkilatın prezidenti Canni İnfantinonun imicinin yaxşılaşdırılması üçün Britaniyanın “Ten Toes Media” marketinq agentliyi ilə müqavilə bağlayıb.
Bu barədə “The Times” məlumat yayıb.
Nəşrin yazdığına görə, təxminən 3,1 milyon dollar dəyərində olan müqavilə 2025-ci ilin martında imzalanıb və 2026-cı ilin sonunadək qüvvədə olacaq.
Müqavilə çərçivəsində agentlik, xüsusilə, FİFA-nın sosial şəbəkə hesablarına dəstək göstərir.
Müqavilə İnfantinoya qarşı yeni tənqid dalğasının fonunda gündəmə gəlib.
2026-cı il dünya çempionatından sonra onun FİFA-nın kommersiya hüquqlarının bir hissəsinə üçüncü tərəf investorların cəlb edilməsi ilə bağlı ideyası futbol ictimaiyyətində mənfi reaksiya doğurub.
Məlumata görə, bir sıra ölkələr artıq FİFA prezidentinin qarşıdakı seçkilərdə İnfantinonun namizədliyini dəstəkləməkdən imtina edib.

