Azərbaycanı təmsil edən fiqurlu konkisürən Aleksandr Plyuşenko Batumidə keçirilən ISU yeniyetmələr arasında Qran-pri mərhələsində 10-cu yeri tutub.
İkiqat Olimpiya çempionu Yevgeni Plyuşenkonun oğlu sərbəst proqramda 119,48 bal toplayıb. Onun iki proqram üzrə yekun nəticəsi 181,97 bal olub və bu, idmançının yeni şəxsi rekordudur.
Yarışın qalibi 221,72 xalla İsveçrə təmsilçisi Ean Vayler olub. Yaponiyalı Hayato Okazaki 217,27 xalla ikinci, Sena Takahashi isə 214,87 xalla üçüncü yeri tutub.

