“Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin qalibi Bolqarıstanı təmsil edən müğənni Darina Yotova, səhnə adı ilə DARA olub.
Müsabiqənin 70-ci yubiley finalı şənbə günü Avstriyanın paytaxtı Vyanada, “Viner Ştadthalle” arenasında keçirilib.
Münsiflər heyəti və tamaşaçı səsverməsinin nəticələrinə əsasən, DARA finalda 516 xal toplayıb.
İkinci yeri İsrail təmsilçisi Noam Bettan 343 xalla tutub.
Səsvermənin yekunlarına görə, üçüncü yer 296 xalla Aleksandra Kapiteneskuya qismət olub.
Avstriya “Avroviziya”ya üçüncü dəfə ev sahibliyi edib. Ölkə 2026-cı ildə müsabiqəni keçirmək hüququnu 2025-ci ildə JJ-in “Wasted Love” mahnısı ilə qazandığı qələbədən sonra əldə etmişdi.
Qeyd edək ki, “Avroviziya” 1956-cı ildən keçirilir. Avstraliya 2015-ci ildən müsabiqədə iştirak edir. Rusiya isə 2022-ci ildən “Avroviziya”da iştirak etmir.

