Azərbaycanın yunan-Roma güləşi üzrə millisi Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən Avropa çempionatında 2 qızıl və 3 bürünc medal qazanaraq titulunu qoruyub. Komanda 133 xalla yenidən Avropa çempionu olub.
İkinci yeri Türkiyə (121 xal), üçüncü yeri isə Gürcüstan (118 xal) tutub.
Millinin heyətində medal qazanan idmançılar: Həsrət Cəfərov (67 kq), Qurban Qurbanov (82 kq), Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq).
Qeyd edək ki, Avropa çempionatı 26 aprel tarixində başa çatacaq.

