İkiqat Olimpiya çempionu Yevgeni Plyuşenkonun oğlu Aleksandr Plyuşenko Azərbaycan millisinin heyətində debüt edib.
14 yaşlı fiqurlu konkisürən Ankarada keçirilən ISU-nun yeniyetmələr arasında Qran-pri mərhələsində qısa proqram üzrə çıxış edib.
Aleksandr Plyuşenko çıxışına görə 57,12 xal toplayıb və onlayn turnir cədvəlində 16-cı yerdə qərarlaşıb.
Turnirdə idmançını atası və məşqçisi Yevgeni Plyuşenko müşayiət edir.

