"Əl-Nəssr"də çıxış edən Kriştiano Ronaldo karyerası ilə bağlı qərarını verib.
Den.az xəbər verir ki, o "Sportinq Lissabon"a transfer olunacağı ilə bağlı söz-söhbətlərə son qoyub. Ronaldo bildirib ki, o başqa kluba transfer olmaq istəmir. 39 yaşlı futbolçu Portuqaliyaya qayıtmayacağını və gələn il karyerasını "Əl-Nəssr"də davam etdirəcəyini açıqlayıb.
Qeyd edək ki, Kriştiano Ronaldonun “Əl-Nəssr”lə müqaviləsi gələn mövsüm başa çatır. Onun futbola başladığı klub olan "Sportinq Lissabon"a transfer olunacağı iddia edilirdi.
Ronaldo bu mövsüm "Əl-Nəssr"in heyətində bütün turnirlərdə 25 oyun keçirib. Ulduz futbolçu bu matçlarda 24 qol və 11 məhsuldar ötürmə ilə statistikanı bir daha alt-üst etməyi bacarıb.
Avropaya qayıdacağı deyilən Ronaldo qərarını verdi

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.