Kriştiano Ronaldonun “Əl-Nəssr”dən ayrılacağı ilə bağlı xəbərlərin gündəmə gəlməsindən sonra “Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo şəxsən ona zəng edib.
Den.az xəbər verir ki, Mourinyonun Ronaldonu “Fənərbaxça”ya dəvət etdiyi iddia edilir. “Fotomaç”da yer alan xəbərə görə, məşqçi ondan "Fənərbaxça"ya gəlib-gəlmək istəmədiyini soruşub. Mourinyo telefon danışığında Ronaldoya "Orada xoşbəxtsənmi?" Ayrılsan, “Fənərbaxça”ya gəlmək istəyərdinmi?” dediyi iddia edilir. Ronaldonun Mourinyonun təklifinə necə cavab verdiyi barədə məlumat verilməyib. Həmçinin, “Fənərbaxça” nümayəndələrinin Ronaldonun agenti ilə əlaqələr qurduğu deyilir.
Qeyd edək ki, Kriştiano Ronaldonun “Əl-Nəssr”lə müqaviləsi mövsümün sonunda başa çatacaq.
Ronaldo Mourinyonun “Fənərbaxça” dəvətinə hansı cavabı verib?

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.