Səudiyyə Ərəbistanının "Əl-Nəssr" klubunun futbolçusu Kriştiano Ronaldo barəsində diqqətçəkən transfer iddiası ortaya atılıb.
Den.az xəbər verir ki, "Əl-Nəssr" müqaviləsi 2025-ci ildə bitəcək Ronaldoya daha iki illik müqavilə təklif edib. Portuqaliya mətbuatında yer alan xəbərə görə, ərəb komandası futbolçu ilə müqaviləni 2027-ci ilin yayına qədər uzatmağa hazırlaşır. Portuqaliyalı ulduz da bu transferə müsbət yanaşır. Tərəflərin razılaşdığı rəsmi açıqlamanın elan ediləcəyi qeyd edilir.
Qeyd edək ki, Kriştiano Ronaldo bu mövsüm "Əl-Nəssr"in heyətində indiyədək 18 rəsmi matçda iştirak edib və bu matçların hamısında start heyətdə yer alıb. Meydanda 1646 dəqiqə keçirən 38 yaşlı ulduz 18 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Ronaldo razılığını verdi - İmzanı atır

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.