Ronaldonun “Mançester Yunayted”dəki ikinci dövrü uğursuz alınsa da, portuqaliyalı əfsanə “Old Trafford”a qayıda bilər.
Den.az xəbər verir ki, “Yunayted”in keçmiş müdafiəçisi Mikael Silvestr belə açıqlama verib. Onun sözlərinə görə, Ronaldo yenidən “Mançester Yunayted”ə qayıdacaq. Ronaldonun İngiltərəyə dönəcəyini bildirən Silvestre, “Kriştiano Ronaldonun yenidən “Mançester Yunayted” azarkeşləri ilə görüşəcək, lakin bu, tezliklə baş verməyəcək. O, klubun əfsanəsidir və onu yenidən “Old Trafford”da görmək əla olacaq, lakin bu barədə indi düşünmək hələ tezdir” - deyə bildirib.
Qeyd edək ki, 2003-cü ildə “Mançester Yunayted” karyerasına başlayan Ronaldo, 2009-cu ildə “Real Madrid”ə transfer olub. 2018-ci ildə “Yuventus”a transfer olan Ronaldo, 3 illik İtaliya karyerasından sonra “Mançester Yunayted”ə qayıtsa da, burada uğursuz oyun nümayiş etdirib.
Ronaldo Avropaya qayıdır - Bu kluba

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.