ABŞ prezidenti Donald Tramp Kanadanın ABŞ-a birləşdirilməsi ideyası ilə bağlı fikrini dəyişdiyini bildirib.
O, bu barədə bioqrafı Robert Hardmana verdiyi müsahibədə danışıb.
“Kanadanın 200 ildən çox öz tarixi var və bütün bu ‘Oh, Kanada’ söhbətləri… üç-dörd ilə bunun öhdəsindən gəlmək mümkün deyil. Düşünürəm ki, bu baş verməyəcək”, — deyə Donald Tramp bildirib.
Hardmanın sözlərinə görə, Tramp Kanadanın uzunmüddətli müstəqilliyinə və ölkənin Böyük Britaniya kralı III Çarlzla əlaqələrinin davam etməsinə istinad edib.
Bununla yanaşı, ABŞ prezidenti ictimai çıxışlarında Kanadanın baş nazirini hələ də “qubernator” adlandırır və anneksiya ilə bağlı bəyanatlarını kanadalı siyasətçilərə şəxsi münasibəti ilə izah edir.
“Onlar üzümə qarşı nəzakətlə danışır, amma arxamca xoşagəlməz sözlər deyirlər”, — deyə Trampın sözləri Robert Hardmanın gələn ay nəşr olunacaq kitabında yer alır.

