Böyük Britaniya Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan yayınmanın qarşısını almaq üçün yeni tədbirlər elan edib. Bu tədbirlərə cərimələrin artırılması və Rusiyanın A7 beynəlxalq ödəniş sistemi ilə bağlı xəbərdarlıq daxildir. Məlumat Britaniya Maliyyə Nazirliyi tərəfindən yayımlanıb.
Böyük Britaniyanın Maliyyə Nazirliyi Maliyyə Sanksiyalarının Tətbiqi İdarəsinin (OFSI) tətbiq edə biləcəyi maksimum cərimənin həddini pozuntu məbləğinin 50 faizindən 100 faizinə qədər artırıb.
Bundan başqa, ölkə üzrə Rusiyanın A7 beynəlxalq ödəniş sistemindən istifadə ilə bağlı xəbərdarlıq yayılıb. London hesab edir ki, bu sistem mövcud məhdudiyyətlərdən yayınmaq üçün istifadə olunur.

