Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzitlə növbəti yük partiyası göndəriləcək.
Denmedia.az apa-ya istinadən, ümumi çəkisi 355 ton olan 5 vaqon buğda, 180 tonluq 3 vaqon gübrə və 138 tonluq 2 vaqon taxta həmin gün Böyük Kəsik istiqamətinə yola salınacaq.
Beləliklə, növbəti partiyanın ümumi çəkisi 673 ton təşkil edəcək.
Qeyd olunur ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycan üzərindən tranzitlə təxminən 60 min ton taxıl, 9 min tona yaxın gübrə, 1414 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 334 ton taxta göndərilib.

