Rusiya avqustun 6-da Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana buğda partiyası göndərəcək.
Yükün tərkibinə Rusiya buğdası daşıyan 14 vaqon daxildir. Qatarın “Azərbaycan Dəmir Yolları” QSC-nin Balacarı stansiyasından saat 11:00-da yola salınması planlaşdırılır.
Xatırladaq ki, iyulun 3-də də Rusiyadan Ermənistana Azərbaycan ərazisi ilə 14 vaqondan ibarət, ümumi çəkisi 976 ton olan buğda partiyası göndərilmişdi.

