Dünya bazarında Azərbaycanın “Azeri Light” (CIF) markalı neftinin qiyməti aşağı düşüb.
Bir barel Azərbaycan neftinin qiyməti 0,75 dollar və ya 0,6 faiz azalaraq 124,01 ABŞ dolları təşkil edib.
Bundan əvvəl “Azeri Light”ın bir bareli 124,76 dollara satılıb.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində “Azeri Light” markalı neftin bir barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

