Ağdam rayonunda silahlı insident baş verib.
DenMedia.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Çullu kəndində qeydə alınıb.
İlkin məlumata görə, 1979-cu il təvəllüdlü Elşad Gözəlov əvvəlcə həmkəndlisi, 1975-ci il təvəllüdlü Rövşən Şirinovu yaralayıb, daha sonra isə intihar edib.
Yaralı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda ona tibbi yardım göstərilir.
Hadisədən sonra E.Gözəlovun öldüyü bildirilir.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

