Salyanda yol-nəqliyyat hadisəsi baş verib.
DenMedia.az report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayonun Şörsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıbr
Belə ki, hadisə zamanı KIA markalı avtomobil anidən idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində Goranboy rayon sakini 1994-cü il təvəllüdlü Namaz Qurban oğlu Babayev hadisə yerində ölüb. 2007-ci il təvəllüdlü Nahid Sadiq oğlu Orucsoy müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım aldıqdan sonra vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.

