Zaqatalada qətl törədilib.
Denmedia.az lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qımır kəndində yerləşən mağazada qeydə alınıb.
Kənd sakini, 1968-ci il təvəllüdlü Ələsgər Seyfulla oğlu Əhmədov mağazanın içərisində həmkəndlisi, 58 yaşlı Kamran Məhərrəmovu bıçaqlayaraq qətlə yetirib.
İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Ə.Əhmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

