Balakən Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər.
DİN-dən verilən məlumata görə, əməliyyat zamanı narkotik tərkibli bitkilər yetişdirməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 52 yaşlı Elman Balağözov saxlanılıb.
Onun yaşadığı ünvanda, həmçinin rayon ərazisində əkdiyi qarğıdalı sahəsində 185 ədəd çətənə kolu və 21 kiloqram narkotik vasitə aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə E.Balağözov barəsində həbs qətimkan tədbiri seçilib.

