Gözəllikdən asılılıq – yəni —Beauty Addiction artıq real psixoloji problem kimi tanınır.
Qərb psixoloqlarının məlumatına görə, bu asılılıqdan qadınların 30%-i, kişilərin isə 15%-i əziyyət çəkir.
Bu, müxtəlif formalar ala bilir: arıqlıq həddi (anoreksiya), günəşdə və ya solyariyə həddindən artıq ehtiyac (tanoreksiya), makiyajsız evdən çıxa bilməmək, plastik əməliyyatlara aludəçilik və s.
Gözəllikdən asılı insanlar istədikləri effekti ala bilməyəndə özlərini pis hiss edir, əsəb, narahatlıq və hətta aqressiya göstərə bilirlər.
Bu bağımlılığın əsasında adətən özünə güvənsizlik və aşağı özünqiymətləndirmə dayanır. Özünü sevmək və qəbul etmək çətindir; bəzən yaxınların dəstəyi, bəzən isə mütəxəssis köməyi tələb olunur.
Özünə inamı artırmağın sağlam yolu fiziki aktivlikdir: idman, rəqs, fitnes — bunlar həm sağlamlığı, həm də özünə hörməti gücləndirir.

